http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Gələn ay Şuşaya 20 ailə köçürüləcək

30 Aprel 2024 , 16:10
Gələn ay Şuşaya 20 ailə köçürüləcək

Prezident İlham Əliyevin tapşırığı əsasında, tezliklə Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanacaq. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qayıdışın başlanmasını çox böyük sevinc hissi ilə qarşılayan şuşalılar məcburi köçkünlük dövründə onlara göstərilən diqqət və qayğıya, həmçinin hazırda şəhərin bərpasına və yenidən qurulmasına, orada müasir tələblərə cavab verən yaşayış şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir.

İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.

Püşkatmada iştirak etmiş ailələrin may ayının əvvəllərində Şuşa şəhərinə yola salınması nəzərdə tutulur.

Şuşa şəhərinə köçürüləcək ailələr arasında püşkatma mərhələli şəkildə davam etdiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycana Gürcüstandan avtomobil idxalı niyə kəskin azalıb?

Azərbaycana Gürcüstandan avtomobil idxalı niyə kəskin azalıb?

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib - YENİLƏNİB

Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib

Şahin Bayramov Qarabağ Universitetinin rektoru təyin edilib

XƏBƏR LENTİ
  • 08:38

    Neftçalada narkokuryer saxlanılıb
  • 08:23

    Sabirabadda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
  • 08:19

    Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
  • 07:53

    Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib
  • 06:53

    Cəlal Hüseynov oynadı, komandası heç-heçə etdi
  • 06:39

    Polşada Rusiyanın sifarişi təxribatda şübhəli bilinən şəxslər həbs edilib
  • 06:26

    ABŞ prezidenti Bayden Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun Netanyahu ilə bağlı qərarını pisləyib
  • 05:49

    Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
    Ərdoğan: "Azərbaycan və Ermənistan arasında qalıcı sülhə nail olmaq üçün hər cür səy göstərəcəyik"
Menyu