http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

30 Aprel 2024 , 19:40
Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Mayın 1-də Bakının Binəqədi rayonunun və Zaqatala rayonunun bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Operativ Media" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

"Binəqədi rayonunun Biləcəri qəsəbəsi, 5035 məhəllədə qaz xəttinin yerinin dəyişdirilməsi, DSK yolu adlanan ərazidə yeraltı qaz xəttində aşkar olunmuş sızmanın “Təmiz Qaz” QSC tərəfindən ləğv edilməsi və Sulutəpə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, qaz təchizatı şəbəkəsində deformasiyaya uğramış müxtəlif diametrli xətlərin təmiri, həmçinin "Zaqatala" QPS-də qaz tənzimləyicidən əvvəl qaz xətti üzərində təmizləyici filtirin quraşdırılması ilə əlaqədar mayın 1-də saat 10:00-dan “Biləcəri (Sulutəpə)", “Çiçək (Sulutəpə)”, “BMSK” və “Biləcəri Mədən” ölçü qovşaqlarından və "Zaqatala" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır", - məlumatda deyilir.

Bildirilir ki, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun (DSK yolu və Çiçək yaşayış massivi, Sulutəpə, Xocahəsən, Biləcəri, Binəqədi qəsəbələri) və Zaqatala rayonunun (Zaqatala şəhəri və Aşağı Tala, Yuxarı Tala, Muxax, Zəyəm, Car, Zilban, Kebeloba, Çökək və Göyəm kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

OXŞAR XƏBƏRLƏR
Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Şəmkirdə qaz təchizatında fasilə olacaq

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

Rayonlara yağış yağır, Ağsuçaydan sel keçir - FAKTİKİ HAVA

XƏBƏR LENTİ
  • Dünən
    23:27

    İran helikopteri axtarmaq üçün Türkiyənin Akıncı PUA-dan istifadə edib
  • Dünən
    23:04

    Həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB
  • Dünən
    22:57

    Kiyev: Qərb Ukraynanı dəstəkləmək qərarlarında bir il gecikib
  • Dünən
    22:43

    ABŞ İrana qarşı tam sanksiyaları davam etdirəcək
  • Dünən
    22:28

    Muxtar Babayev və Tacikistanın sənaye və yeni texnologiyalar naziri arasında görüş olub
  • Dünən
    22:24

    İranda növbədənkənar prezident seçkiləri bu tarixdə keçiriləcək
  • Dünən
    22:16

    Türkiyədə İran Prezidentinin ölümü ilə bağlı matəm elan olunub
  • Dünən
    22:11

    Şəmkirdə qaz təchizatında fasilə olacaq
Menyu