DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Nərmin Qocamanlı
DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Dekabrın 21-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 27 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 119, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.    

Narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Digər xəbərlər