Bərdə sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb

Nərmin Qocamanlı
Bərdə sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən narkotik vasitə aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri Rafiq Zeynalov və Seymur Şükürov saxlanılıblar. Onların evində və üzərində aparılan axtarış zamanı marixuana aşkar edilərək götürülüb.
 
Adıçəkilən şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Digər xəbərlər