Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Dekabrın 22-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 80, o cümlədən borclu şəxs qismində axtarışda olan 60 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 


 Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    


Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Digər xəbərlər