Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini H.Əhmədova məxsus “Forland” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Tural Rəhimov avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.