Ağdaşda xəsarətlə nəticələnən yol qəzası baş verib
Nərmin Qocamanlı
Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində rayon sakini Teymur Hacıyevin idarə etdiyi “VAZ-21011” və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, nəticədə “VAZ”ın sürücüsü, eləcə də iki sərnişini-2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net