Menyu

Əmircan qəsəbəsində 4600 manatlıq elektrik kabeli oğurlanıb

Nərmin Qocamanlı
Əmircan qəsəbəsində 4600 manatlıq elektrik kabeli oğurlanıb
1 dəq oxu

Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən bir şirkətin ərazisindən 4600 manat dəyərində 340 metr elektrik kabelinin oğurlanması barədə polisə məlumat daxil olub.


DİN-nin mərbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elnur Baloğlanov və Vüqar Tahirov müəyyən olunaraq saxlanılıblar. 
Araşdırma aparılır.

Əlaqəli Xəbərlər