Sumqayıt sakininin itirdiyi kartdan oğurluq edilib

Nərmin Qocamanlı
Sumqayıt sakininin itirdiyi kartdan oğurluq edilib

Sumqayıt şəhər sakininin itirdiyi bank kartından 390 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmir Musayev müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.


Araşdırma aparılır.

Digər xəbərlər