Ərdoğanla Məhəmməd Möhbər arasında telefon danışığı olub
Nərmin Qocamanlı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidentinin müavini Məhəmməd Möhbər telefonla danışıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi məlumat yayıb.
Məlumata görə, Ərdoğan helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onu müşayiət edən heyətlə bağlı Möhbərə kədərini çatdırıb, başsağlığı verib və səbr diləyib.
Türkiyənin bu ağrılı günlərdə İranın yanında olduğunu və İran xalqının kədərinə şərik olduğunu bildirən Ərdoğan, Türkiyənin bundan sonra da İrana qarşı qonşuluq və qardaşlıq qanununun tələblərini yerinə yetirməyə davam edəcəyini bildirib.
Prezident Ərdoğan Rəisi və Abdullahianın Türkiyə və İran əlaqələrinə verdiyi töhfələrin hər zaman xatırlanacağını qeyd edib.
Teqlər:
"\u018frdo\u011fanla M\u0259h\u0259mm\u0259d M\u00f6hb\u0259r aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"