Menyu

Türkiyə Ədliyyə Nazirliyi Netanyahu ilə bağlı qərarı müsbət adlandırıb

Türkiyə Ədliyyə Nazirliyi Netanyahu ilə bağlı qərarı müsbət adlandırıb

"Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru Kərim Xanın İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verilməsi tələbi ilə məhkəməyə qədərki palataya müraciəti gecikmiş, lakin müsbət qərardır".   

"Operativ Media" xəbər verir ki, bu fikirləri Türkiyə Ədliyyə Nazirliyinin rəhbəri Yılmaz Tunç deyib.

"ICC-nin Baş Prokurorunun İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallanta qarşı müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə həbs orderinin verilməsi tələbi çoxdan gecikmiş, lakin müsbət qərardır. 7 oktyabr 2023-cü ildən İsrail beynəlxalq hüquq normalarını pozur. Qəzza sektorunda və Rəfah bölgəsində həyata keçirilən hücumlar, əsas insan haqları: həyat, əmlak, təhlükəsizlik, din və vicdan azadlığına məhəl qoymadan günahsız insanları hədəf alan İsrail rəsmiləri tez bir zamanda məsuliyyətə cəlb edilməlidir", - o bildirib.

"1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin mövcudluğu tanınmayana qədər biz fələstinli qardaşlarımızı dəstəkləməyi dayandırmayacağıq", - Tunç qeyd edib.

Teqlər:

"T\u00fcrkiy\u0259 \u018fdliyy\u0259 Nazirliyi Netanyahu il\u0259 ba\u011fl\u0131 q\u0259rar\u0131 m\u00fcsb\u0259t adland\u0131r\u0131b"

Əlaqəli Xəbərlər