İranda növbədənkənar prezident seçkiləri bu tarixdə keçiriləcək
İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bunu İslam Respublikasının Seçki Qərargahının mətbuat katibi Möhsün İslami deyib.
"İyunun 28-i İran tarixində on dördüncü prezident seçkiləri günü hesab oluna bilər", - Mehr agentliyi İslamiyə istinadən bildirib.
İslaminin sözlərinə görə, Konstitusiya Keşikçiləri Şurasına namizədlərin qeydiyyatının mayın 28-də başlaması xahiş olunub. Konstitusiya Keşikçiləri Şurası İranda parlamentdən yuxarı orqandır və Məclis (parlament) deputatları tərəfindən qəbul edilən qanunların konstitusiyaya uyğunluğunu təhlil etməklə yanaşı, seçkilərə namizədlərin təsdiqinə cavabdehdir. O, həmçinin prezident də daxil olmaqla, böyük dövlət vəzifələrinə namizədləri təsdiq edir.
Teqlər:
"\u0130randa n\u00f6vb\u0259d\u0259nk\u0259nar prezident se\u00e7kil\u0259ri bu tarixd\u0259 ke\u00e7iril\u0259c\u0259k"