ABŞ prezidenti İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın təyyarə qəzasında həlak olmasına baxmayaraq, İrana, o cümlədən təyyarələrə qarşı sanksiyaları tam şəkildə saxlamaq niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
"Bizim sanksiya rejiminə görə üzr istəmək niyyətimiz yoxdur. İran hökuməti terrorçuluğu dəstəkləmək üçün avadanlığın daşınması üçün öz təyyarələrindən istifadə edib. Bu baxımdan, biz sanksiyalar rejimini, o cümlədən İran hökumətinin istifadə etdiyi təyyarələrə qarşı sanksiyaları tam şəkildə həyata keçirməyə davam edəcəyik", - Miller qeyd edib.
Teqlər:
"AB\u015e \u0130rana qar\u015f\u0131 tam sanksiyalar\u0131 davam etdir\u0259c\u0259k"