Menyu

Kiyev: Qərb Ukraynanı dəstəkləmək qərarlarında bir il gecikib

Kiyev: Qərb Ukraynanı dəstəkləmək qərarlarında bir il gecikib

Qərb ölkələri Ukraynaya hərbi dəstək verməklə bağlı qərar qəbul edərkən təxminən bir il gecikib.

"Operativ Media" xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski "Reuters" agentliyinə müsahibəsində deyib.

"Hamımızın bir araya gəldiyi hər bir qərar təxminən bir il gecikir. Qərb ölkələri Kiyevə hərbi yardım barədə qərar vermək üçün çox vaxt sərf edirlər. Qərbdən təchizat, o cümlədən Patriot zenit-raket kompleksləri kimi hava hücumundan müdafiə sistemləri ilə bağlı vəziyyət bir addım irəli, lakin iki addım geriyə şəklində olmamalıdır", - Ukrayna prezidenti qeyd edib. 

Aprelin sonunda Amerika prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana silah tədarükünü bərpa etmək üçün ABŞ Konqresinin təsdiqlədiyi qanun layihələri paketini imzalayıb. Paketin həcmi 95 milyard dollar təşkil edib, buna Kiyev üçün 61 milyard dollar daxildir. Dövlət başçısı bu qanun layihələrini imzaladıqdan dərhal sonra Pentaqon Ukraynaya 1 milyard dollar dəyərində silah və texnika göndərdiyini bəyan edib. 

Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, Ukraynaya yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, ancaq münaqişənin uzanmasına gətirib çıxaracaq. 

Teqlər:

"Kiyev: Q\u0259rb Ukraynan\u0131 d\u0259st\u0259kl\u0259m\u0259k q\u0259rarlar\u0131nda bir il gecikib"

Əlaqəli Xəbərlər