Menyu

Yaponiya sahillərində 6 maqnitudalı zəlzələ olub

Əziz Əzizli
Yaponiya sahillərində 6 maqnitudalı zəlzələ olub
1 dəq oxu

Tokiodan 1,2 min km cənubda yerləşən Yaponiyanın Oqasavara adaları ərazisində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanların episentri Sakit okeanda, təxminən 2 min nəfər əhalisi olan Çiçicima adası yaxınlığında olub.

Zəlzələnin ocağı təxminən 50 km dərinlikdə yerləşib. Sunami təhlükəsi elan olunmayıb. Tələfat və dağıntılar barədə məlumat verilmir

Əlaqəli Xəbərlər