Rusiya İranın helikopter qəzasının təhqiqatına qoşulmağa hazırdır
Nərmin Qocamanlı
Moskva İran prezidenti və onu müşayiət edən helikopterin qəzaya uğramasının səbəblərini araşdırmağa kömək etməyə hazırdır.
"Operativ Media" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiana ünvanladığı mesajda bildirib.
Rusiya rəsmiləri İran prezidentinin və digər nümayəndələrin şəhid olması ilə bağlı başsağlığı veriblər.