Menyu

UNRWA Rəfahda ərzaq paylanmasının dayandırıldığını bildirib

UNRWA Rəfahda ərzaq paylanmasının dayandırıldığını bildirib

Qəzza zolağının cənubundakı Rəfah şəhərində humanitar yardıma ehtiyacı olanlara ərzaq paylanması dayandırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

"Hazırda Rəfahda qidaların paylanması ərzaq çatışmazlığı və təhlükəsizlik şərtlərinə görə dayandırılıb", - deyə məlumatda qeyd edilib.

Agentlik həmçinin bildirib ki, UNRWA-nın 24 sağlamlıq mərkəzindən yalnız 7-si Qəzza zolağında fəaliyyət göstərir və Rəfah və Kerem Şalom keçidlərinin bağlanması, yaxud da fəaliyyətinin dayandırılması səbəbindən son 10 gün ərzində heç bir tibbi ləvazimat almayıblar. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər