Polşa hakimiyyəti "Şərq qalxanı" proqramı çərçivəsində Rusiya və Belarusla sərhəddə piyada əleyhinə minalar quraşdırmaq niyyətində deyil. Varşava bu cür minalardan istifadəni qadağan edən Ottava Konvensiyasından çıxmaq niyyətində deyil.
"Operativ Media" xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Task bildirib.
"Biz hələ ki, Polşanın Rusiya və Belarusla sərhədini minalamağı planlaşdırmırıq", - Task mətbuat konfransında qeyd edib.
Bir gün əvvəl "Rzeczpospolita" qəzeti Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyindəki mənbələrə istinadən Polşa hakimiyyətinin şərq sərhədini minalamaq niyyətinin olmaması barədə yazıb. Bundan əvvəl keçmiş baş nazir Mateusz Morawiecki bu addımı atmağa çağırmışdı.
Teqlər:
"Pol\u015fa Rusiya v\u0259 Belarusla s\u0259rh\u0259di minalamayacaq"