Menyu

Blinken: Qərb Kiyevə kreditlər üçün Rusiya aktivlərindən girov kimi istifadə etmək istəyir

Blinken: Qərb Kiyevə kreditlər üçün Rusiya aktivlərindən girov kimi istifadə etmək istəyir

Kollektiv Qərb Rusiyanın dondurulmuş aktivlərindən Kiyevin kreditlərini təmin etmək və ona digər maliyyə resursları yaratmaq üçün girov kimi istifadə etməyə çalışır.

"Operativ Media" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

"Əsas borcdan girov kimi istifadə etməyin yollarını araşdırmaq da daxil olmaqla, irəlilədiyimiz başqa imkanlar da var. Və bunu borc götürmək üçün əsas kimi istifadə edə bilərik. Beləcə dərhal Ukrayna üçün daha çox resurs yaratmaq olar", - Blinken bildirib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen 2023-cü il noyabrın 8-də bəyan edib ki, Moskva Ukraynada xüsusi hərbi əməliyyat üçün konpensasiya ödəməyincə kollektiv Qərb dondurulmuş 300 milyard dollara yaxın aktivlərini Rusiyaya qaytarmayacaq.

Teqlər:

"Blinken: Q\u0259rb Kiyev\u0259 kreditl\u0259r \u00fc\u00e7\u00fcn Rusiya aktivl\u0259rind\u0259n girov kimi istifad\u0259 etm\u0259k ist\u0259yir"

Əlaqəli Xəbərlər