Qırğızıstanda əcnəbilərə hücum etməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb
Nərmin Qocamanlı
Qırğızıstan Daxili İşlər Nazirliyinin əməkdaşları ötən həftəsonu iğtişaşlar zamanı əcnəbilərə hücum etməkdə şübhəli bilinən 7 vətəndaşı saxlayıblar.
"Operativ Media" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən jurnalistlərə bildiriblər.
Məlumata görə, 2024-cü il mayın 18-də 7 aprel küçəsi ilə Çuy bulvarının kəsişməsində naməlum şəxslər neqativ mesajlar yaymaq, ictimai asayiş normalarını kobud şəkildə pozmaq, ölkədə kütləvi iğtişaşlar təşkil etmək məqsədi ilə qeyri-qanuni olaraq yataqxanaya daxil olublar.
Bildirib ki, onlar əcnəbi vətəndaşlara bədən xəsarəti yetirməklə yanaşı, həm də maddi ziyan vurublar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net