Menyu

Misirin xarici işlər naziri İrana səfər edib

Nərmin Qocamanlı
Misirin xarici işlər naziri İrana səfər edib

Misirin xarici işlər naziri Sameh Həssən Şukri 40-dan çox yüksək səviyyəli xarici nümayəndə heyəti ilə İrana səfər edib.

"Operativ Media" xəbər verir ki, onlar İran lideri İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın vida mərasimində iştirak etmək üçün Tehrana gəliblər.

Xarici iştirakçılar arasında rəhbərlik səviyyəsində 10-a yaxın nümayəndə heyəti, nazirlər səviyyəsində 20-yə yaxın nümayəndə heyəti, qalanları isə parlamentin spikeri, müxtəlif səviyyələrdə xüsusi nümayəndələr olub.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Şərqi Azərbaycanın şimal-qərb əyalətində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

 

Teqlər:

"Misirin xarici i\u015fl\u0259r naziri \u0130rana s\u0259f\u0259r edib"

Əlaqəli Xəbərlər