Qəzzada səhiyyə xidmətləri iflic olub
İsrailin hücumlarının fasiləsiz davam etdiyi Qəzza zolağının şimalında və Qəzza şəhərində səhiyyə xidmətləri tamamilə dayandırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Qəzzadakı hökumətin Media Ofisi açıqlama yayıb.
Açıqlamada səhiyyə xidmətlərinin dayandırılması səbəbiylə 700 min insanı təhdid edən humanitar fəlakət barədə xəbərdarlıq edilib.
Qəzza zolağının şimalında və Qəzza şəhərində səhiyyə xidmətlərinin dayandığı qeyd edilən açıqlamada, İsrail işğalının müalicə və dərman başda olmaqla Fələstin xalqının bütün həyat imkanlarını məhv etməyə davam etdiyi vurğulanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net