Kolumbiya prezidenti Qustavo Petro əvvəllər elan etdiyi kimi ölkəsinin Ramallahda səfirliyinin açılması barədə göstəriş verib.
"Operativ Media" xəbər verir ki, xarici işlər naziri Gilberto Murillo Kolumbiyanın Ramallah səfirliyinin açılması üçün prosesin başladığını deyib.
Murillo Kolumbiyanın Ramallahdakı səfirliyinin Fələstində nə vaxt açılacağı ilə bağlı dəqiq bir tarix açıqlamayıb.
Qeyd edək ki, Kolumbiya prezidenti Petro İsrail və Fələstinin Boqota səfirlikləri ilə görüşdükdən sonra 20 oktyabr 2023-cü ildə Ramallahda səfirlik açacağını açıqlayıb.