KİV: Aİ Belarusa qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır
Nərmin Qocamanlı
Aİ, onun vasitəsilə Rusiya Federasiyasına Qərb mallarının və “lüks malların” idxalını məhdudlaşdırmaq üçün Belarusa qarşı sanksiyaları sərtləşdirməyə hazırlaşır.
"Operativ Media" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
“Yeni sanksiyalar hərbi məqsədlər üçün istifadə oluna bilən texnologiya və malların, eləcə də mayeləşdirilmiş təbii qazın Belarusa ixracını qadağan edəcək”, - nəşr yazır.