Menyu

ABŞ Əsədlə münasibətləri normallaşdırmaq niyyətində deyil

ABŞ Əsədlə münasibətləri normallaşdırmaq niyyətində deyil

ABŞ-nin hazırkı administrasiyası Suriya prezidenti Bəşər Əsədlə münasibətləri normallaşdırmaq niyyətində deyil.

"Operativ Media" xəbər verir ki, bunu Konqresin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leaf deyib.

"Bu administrasiya Əsədlə münasibətləri normallaşdırmaq niyyətində deyil", - Lief qeyd edib.

O, ABŞ-nin Dəməşqə sanksiyalar təzyiqini artırmaq üçün istənilən imkanlardan istifadə etməyə davam edəcəyini vurğulayıb. Dövlət Departamentinin nümayəndəsi həmçinin əlavə edib ki, Birləşmiş Ştatlar əvvəllər ərəb tərəfdaşlarına Əsədin Ərəb Liqasına qayıtmasının mənası olmadığını açıqlayıb.

Teqlər:

"AB\u015e \u018fs\u0259dl\u0259 m\u00fcnasib\u0259tl\u0259ri normalla\u015fd\u0131rmaq niyy\u0259tind\u0259 deyil"

Əlaqəli Xəbərlər