Menyu

ABŞ yenidən Ukraynaya yardımı müzakirə edir

ABŞ yenidən Ukraynaya yardımı müzakirə edir

ABŞ hakimiyyəti mayın 24-də Ukraynaya 275 milyon dollar məbləğində əlavə hərbi yardımın ayrılacağını elan edə bilər. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Associated Press" mənbələrə istinadən məlumat yayıb. 

Qeyd edilib ki, ABŞ-nin Ukraynaya yeni yardım paketinə HIMARS çoxillik raket sistemi üçün raketlər, həmçinin 155 mm və 105 mm-lik artilleriya mərmiləri daxil ola bilər.

Aprelin sonunda ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana silah tədarükünün bərpasına dair ABŞ Konqresinin təsdiqlədiyi qanun layihələri paketini imzalayıb. Paketin həcmi 95 milyard dollar təşkil edib, buna Kiyev üçün 61 milyard dollar daxildir. 

Rusiya prezidenti Vladimir Putin isə vurğulayıb ki, Ukraynaya yeni silahların verilməsi cəbhədəki vəziyyəti dəyişməyəcək, ancaq münaqişənin uzanmasına gətirib çıxaracaq

Teqlər:

"AB\u015e yenid\u0259n Ukraynaya yard\u0131m\u0131 m\u00fczakir\u0259 edir"

Əlaqəli Xəbərlər