Menyu

Bundestaq deputatı Almaniyanın Fələstini dövlət kimi tanınmasının lehinə çıxış edib

Bundestaq deputatı Almaniyanın Fələstini dövlət kimi tanınmasının lehinə çıxış edib

Sol Partiya qrupunun Bundestaq üzvü Qreqor Qisi hesab edir ki, Almaniya İspaniya, Norveç və İrlandiyadan sonra Fələstini dövlət kimi tanımalıdır.

"Operativ Media" xəbər verir ki, diplomatın sözlərinə görə, belə bir addım İsrailin təhlükəsizlik maraqlarına da cavab verir.

Siyasətçinin fikrincə, yalnız Fələstin dövləti radikal HƏMAS hərəkatı və digər ekstremistlərlə mübarizə apara bilər: "Fələstinlilər HƏMAS və digər terror təşkilatları ilə İsraildən daha effektiv mübarizə apara bilər. İsrail bunu ancaq hərbi yolla edə bilər. Fələstinlilər bunu daxildə də edə bilər".

O, Bundestaqdakı solçu qrupu Fələstini tanınmaq üçün müraciət etməyə dəvət edib.

"Lakin biz də özümüzə təkan verməliyik. Fələstin dövlətini artıq tanımış çoxlu dövlətlər var. Biz belə bir anı qaçırıb bu addımı atmaq üçün sonuncu və ya sondan əvvəlki ola bilmərik", - deputat əlavə edib. 

Teqlər:

"Bundestaq deputat\u0131 Almaniyan\u0131n F\u0259l\u0259stini d\u00f6vl\u0259t kimi tan\u0131nmas\u0131n\u0131n lehin\u0259 \u00e7\u0131x\u0131\u015f edib"

Əlaqəli Xəbərlər