ABŞ və Keniya Keniya Milli İctimai Sağlamlıq İnstitutunun yaradılması haqqında razılığa gəliblər.
"Operativ Media" xəbər verir ki, bu barədə iki ölkə prezidentləri Co Bayden və Uilyam Rutonun birgə bəyanatının mətnində deyilir.
"İctimai səhiyyə sistemini optimallaşdırmaq üçün biz ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri ilə əməkdaşlıq çərçivəsində Keniya Milli İctimai Sağlamlıq İnstitutunun yaradılmasına sadiqik", - məlumatda qeyd olunub.
Birləşmiş Ştatlar və Keniya tibbi təhsil, xəstəliklərə nəzarət, laboratoriya işləri, fövqəladə halların idarə edilməsi, cavab tədbirləri və elmi tədqiqat sahələrində də əməkdaşlığı davam etdirəcəklər: "Biz Keniyada ictimai sağlamlıq təhlükəsi kimi QİÇS ilə mübarizəyə sadiqliyimizi təsdiqləyirik", - Bayden və Ruto birgə bəyanatda deyilir.
Vurğulanıb ki, son 20 ildə ABŞ Keniyada QİÇS-lə mübarizəyə 7 milyard dollardan çox vəsait xərcləyib.
Teqlər:
"AB\u015e Keniyada ictimai s\u0259hiyy\u0259 institutu quracaq"