Vyetnamın paytaxtı Hanoyda yaşayış binasında naməlum səbəbdən yanğın baş verib.
"Operativ Media" xəbər verir ki, yanğınsöndürənlər tərəfindən təxminən 1 saat ərzində nəzarət altına alınan yanğında ən azı 14 nəfərin öldüyü, 6 nəfərin yaralandığı bildirilib.
Vyetnam Baş Statistika İdarəsinin məlumatına görə, bu ilin ilk dörd ayında ölkədə ümumilikdə 1555 yanğın və partlayış baş verib. Ümumilikdə 28 nəfər ölüb, 26 nəfər isə xəsarət alıb.