Menyu

Aİ yeni qanuna görə Gürcüstana sanksiyalar tətbiq etmək niyyətində deyil

Aİ yeni qanuna görə Gürcüstana sanksiyalar tətbiq etmək niyyətində deyil

Avropa İttifaqı (Aİ) xarici agentlər haqqında qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil, lakin bunun ölkənin Aİ-yə üzvlüyünə zidd olduğunu Tbilisiyə çatdırmağa çalışır. 

"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

"Biz cəza tədbirlərindən danışmırıq. Amerikalılar kimi sanksiyalar tətbiq etmək demirik. Onlar fərqli mövqedədirlər. Düşünməyin ki, biz Gürcüstanı bir qanuna görə cəzalandırırıq. Onlar Aİ-yə daxil olmaq istədiklərini deyirlər və eyni zamanda bunu edirlər. Yəni xarici agentlər haqqında qanun qəbul edirlər. Onlar hər ikisini edə biləcəklərini düşünürlər", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Gürcüstandakı vəziyyət mayın 27-də Aİ Şurasının gündəliyində olacaq: "Biz gözləyirik ki, bazar ertəsi Gürcüstanla nə edəcəyimizlə bağlı nazirlərin müxtəlif fikirlərini dinləyəcəyik. Çünki biz artıq açıq şəkildə demişik ki, bu qanun Aİ üzvlüyünə və Aİ-nin əsas dəyərlərinə ziddir". 

Teqlər:

"A\u0130 yeni qanuna g\u00f6r\u0259 G\u00fcrc\u00fcstana sanksiyalar t\u0259tbiq etm\u0259k niyy\u0259tind\u0259 deyil"

Əlaqəli Xəbərlər