Menyu

İtaliya XİN rəhbəri NATO-nun dağılması ehtimalından danışıb

İtaliya XİN rəhbəri NATO-nun dağılması ehtimalından danışıb

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tacani NATO-nun dağılması ilə bağlı təklifi qeyri-real adlandırıb. Belə ki, o, Demokratlar Partiyasının Avropa Parlamentinə seçkilərə namizədi, "Avvenire" qəzetinin keçmiş baş redaktoru Marko Tarquinionun müvafiq sözlərini şərh edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. 

"Bu, tamamilə qeyri-realdır, NATO Qərbdir, o, təkcə hərbi ittifaq deyil, həm də siyasi birlikdir, biz Qərbik və Avropanın ABŞ ilə münasibətlərini yönləndirici amildir. NATO-nun dağılması ilə bağlı heç bir fərziyyə yoxdur", - Tacani bildirib. 
 

Teqlər:

"\u0130taliya X\u0130N r\u0259hb\u0259ri NATO-nun da\u011f\u0131lmas\u0131 ehtimal\u0131ndan dan\u0131\u015f\u0131b"

Əlaqəli Xəbərlər