Menyu

Pistorius Ukraynaya növbəti hərbi yardım paketi vəd edib

Pistorius Ukraynaya növbəti hərbi yardım paketi vəd edib

Odessada olan Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə 500 milyon avro dəyərində daha bir hərbi yardım vəd edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə siyasətçini səfərdə müşayiət edən DPA agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Pistoriusun Odessaya səfər etməsi təhlükəsizlik baxımından əvvəlcədən elan olunmayıb. Səfər nümayəndə heyəti gedənə qədər gizli saxlanılıb. Almaniyalı nazir ukraynalı həmkarı Rustem Umerovla da danışıqlar aparıb.

Digər təfərrüatlar verilmir.

Almaniya Ukraynaya ABŞ-dən sonra ikinci ən böyük silah tədarükçüsüdür. Almaniyadan Ukraynaya göstərilən və göstəriləcək hərbi yardımın həcmi 28 milyard avro olaraq qiymətləndirilir.

Teqlər:

"Pistorius Ukraynaya n\u00f6vb\u0259ti h\u0259rbi yard\u0131m paketi v\u0259d edib"

Əlaqəli Xəbərlər