ABŞ Çinin Yaxın Şərqlə bağlı təkliflərini bəyənməyib
Vaşinqton administrasiyası Çinin Yaxın Şərq nizamlanması üzrə konfrans keçirmək təklifini şərh etmir və israr edir ki, HƏMAS hərəkatı Qəzza zolağına nəzarət etməməlidir.
"Operativ Media" xəbər verir ki, bu mövqeni jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel açıqlayıb.
Vaşinqtonun Çinin təkliflərini şərh etməyə hazır olub-olmaması ilə bağlı suala Patel belə cavab verib: "Çətin ki". O, əmin edib ki, Birləşmiş Ştatlar nizamlanma üçün nə baş verməli olduğuna dair aydın təsəvvürə malikdir.
Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Qəzza zolağı artıq israillilərə qarşı terror platforması, həmçinin HƏMAS-ın nəzarəti altında olmamalıdır.
Eyni zamanda Patel əmin edib ki, ABŞ digər ölkələrin nizamlanmada iştirakını alqışlayacaq: "Ancaq unutmayaq ki, HƏMAS dinc əhalinin arxasında gizlənməyi dayandırsa, silahlarını yerə qoysa və Qəzzanı tərk etsə, münaqişə dünən də bitə bilərdi. Bu, hələ baş verməyib".