Menyu

Zelenski Şimali Avropa ilə üç təhlükəsizlik sazişi imzalayacaq

Nərmin Qocamanlı
Zelenski Şimali Avropa ilə üç təhlükəsizlik sazişi imzalayacaq

Ukrayna prezidenti Vladimir Zelenski Stokholmda keçiriləcək sammitdə Skandinaviya ölkələrinin liderləri ilə görüş keçiriləcəyini bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə o, "Telegram" kanalında məlumat verib.

Zelenski bildirib ki, görüşdən sonra təhlükəsizlik müqavilələri imzalanacaq. O, bəyan edib ki, Ukraynanın sammitdəki prioritetləri hava hücumundan müdafiə sistemləri istehsal edən birgə müəssisələrin yaradılması, ukraynalı hərbçilərin silahla təmin edilməsi və Rusiya Federasiyasını sülhə məcbur etmək üçün qlobal səylərdir. Ukrayna prezidenti hesab edir ki, bu razılaşmalar uzun müddət Ukraynaya müxtəlif dəstək verəcək.

Teqlər:

"Zelenski \u015eimali Avropa il\u0259 \u00fc\u00e7 t\u0259hl\u00fck\u0259sizlik sazi\u015fi imzalayacaq"

Əlaqəli Xəbərlər