Almaniya Rusiyanın Ukraynaya hücumlarını dayandırmağı hədəfləyir
Nərmin Qocamanlı
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanın Ukraynaya qarşı beynəlxalq hüquqa zidd hücumlarını dayandırmağı hədəflədiklərini bildirib.
"Operativ Media" xəbər verir ki, Baerbok Çexiyanın paytaxtı Praqada davam edən NATO Xarici İşlər Nazirlərinin Qeyri-rəsmi Toplantısı öncəsi mətbuata açıqlama verib.
"Məqsədimiz Rusiyanın Ukraynaya qarşı beynəlxalq hüququ pozan hücumlarını dayandırmaqdır. Biz sülh şəraitində çətinlikləri müzakirə edə biləcəyimiz yerlərin olmasının nə qədər vacib olduğunu gördük. NATO sərhədində Avropa İttifaqı dəfələrlə Rusiya tərəfindən təxribata məruz qalır. Bu səbəbdən təhlükəsizlik məsələsi xüsusilə Şərqi Avropa, Baltik və Şimali Avropa tərəfdaşlarımız üçün bu qədər mərkəzidir", - o deyib.