Menyu

Tacikistanın Rusiya ilə ticarət həcmi 4 ayda 24% artıb

Nərmin Qocamanlı
Tacikistanın Rusiya ilə ticarət həcmi 4 ayda 24% artıb

2024-cü ilin yanvar-aprel aylarında Tacikistan və Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsinin 24,2% artaraq 636,8 milyon dollara çat;b/

"Operativ Media" xəbər verir ki, bu barədə Tacikistan Prezidentinin Statistika Agentliyi məlumat yayıb.

Bildirilib ki, dörd ayın yekunlarına görə, Tacikistan təxminən 600,7 milyon dollar dəyərində Rusiya malları alıb. Nəticədə Rusiya Federasiyası Asiya ölkəsinə tədarükdə 30 faiz payla lider olub.

Bu arada, yanvar-aprel aylarında Tacikistandan Rusiyaya ixrac cəmi 36,1 milyon dollar təşkil edib.

Qeyd edək ki, Çin Tacikistanın ikinci ən böyük ticarət tərəfdaşı olub. İlk dörd ayda ölkələrarası dövriyyə 19,7% artaraq 548,7 milyon dollara çatıb (22% pay). İlk üçlüyü 441,6 milyon dollarla Qazaxıstan tamamlayıb (12,9% pay).

Tacikistanın ümumi xarici ticarət həcmi dövr ərzində illik bazda 28,7% artaraq 2,7 milyard dolları keçib.

Teqlər:

"Tacikistan\u0131n Rusiya il\u0259 ticar\u0259t h\u0259cmi 4 ayda 24% art\u0131b"

Əlaqəli Xəbərlər