Çin: ABŞ Asiyada orta mənzilli raketlər yerləşdirməyi dayandırmalıdır
Birləşmiş Ştatlar Asiya-Sakit okean regionunda blok qarşıdurmasını dayandırmalı və orada orta mənzilli raket sistemlərini yerləşdirməməlidir.
"Operativ Media" xəbər verir ki, bunu Vaşinqtonda ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell ilə görüşündə Çin xarici işlər nazirinin müavini Ma Çjaoxu deyib.
"Birləşmiş Ştatlar Cənubi Çin dənizində pozuntuları və təxribatları təşviq etməyi və dəstəkləməyi, Asiya-Sakit Okean regionunda blok qarşıdurmasını və orta mənzilli quru raketlərinin yerləşdirilməsini dayandırmalıdır", - Ma Çjaoxu qeyd edib.
Çin diplomatı əlavə edib ki, Vaşinqton regional sülh və inkişafı qorumaq üçün əməli addımlar atmalıdır.
Teqlər:
"\u00c7in: AB\u015e Asiyada orta m\u0259nzilli raketl\u0259r yerl\u0259\u015fdirm\u0259yi dayand\u0131rmal\u0131d\u0131r"