Kobaxidze ABŞ ilə münasibətlərə yenidən baxmağı vacib sayır
Gürcü-Amerika münasibətləri əvvəlki illərdə xeyli zədələndiyi üçün yenidən nəzərdən keçirilməlidir.
"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze məlumat verib.
"Mən bilmirəm niyə 2020-2021-ci illərdə, sonra isə 2022-ci ildə iki dəfə inqilab cəhdi olub. Bu cəhdlərin nə üçün olduğunu bilmirəm, amma fakt odur ki, ABŞ-nin Tbilisidəki səfiri o illərdə çox şeyi korladı, çox şey korlandı və bunu düzəltmək lazımdır. Onların iştirakı ilə pozulan gürcü-amerikan münasibətlərinə yenidən baxılmalıdır", - Kobaxidze bildirib.
Teqlər:
"Kobaxidze AB\u015e il\u0259 m\u00fcnasib\u0259tl\u0259r\u0259 yenid\u0259n baxma\u011f\u0131 vacib say\u0131r"