Menyu

Ermənistan müxalifəti Gümrü və İrəvanda yeni mitinqlər keçirəcək

Ermənistan müxalifəti Gümrü və İrəvanda yeni mitinqlər keçirəcək
1 dəq oxu

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri, Ermənistanın baş nazirliyinə namizəd Baqrat Qalstanyan paytaxtın mərkəzindəki Müqəddəs Anna kilsəsində çıxışı zamanı tərəfdarlarını həftəsonu Gümrü və İrəvanda yeni etiraz aksiyaları keçirməyə çağırıb. 

"Operativ Media" xəbər verir ki, Qalstanyan bütün tərəfdarlarını mitinqdə iştiraka səsləyib. 

O bildirib ki, iyunun 1-i səhər müxalifət Gümrüyə gedəcək və orada Teatr meydanında mitinq keçirəcək. İyunun 2-də onlar İrəvandakı Müqəddəs Anna kilsəsində görüşmək və hökumət binasına getmək niyyətindədirlər.

Əlaqəli Xəbərlər