KİV: Taliban Əfqanıstanı və Çin arasında ikitərəfli əlaqələr genişlənib
"Kabil və Pekin arasında əlaqələr hər gün genişlənir, xüsusən də sərmayələrin qarşılıqlı fəaliyyəti kontekstində".
"Operativ Media" xəbər verir ki, bu barədə "TOLO News" telekanalı Əfqanıstanın müvəqqəti hökumətinin rəsmi nümayəndəsi Zabihullah Mücahidə istinadən məlumat yayıb.
"Əfqanıstanla Çin arasında münasibətlər çox yaxşı vəziyyətdədir. Bizim rəsmi əlaqələrimiz və mübadilələrimiz var. Pekin xüsusən də Əfqanıstanın iqtisadi sektoruna sərmayə yatırmaq üçün ciddi səylər göstərir", - Mücahid qeyd edib.