Menyu

Aİ: Çinin Rusiyaya silah tədarük etdiyinə dair heç bir sübut yoxdur

Nərmin Qocamanlı
Aİ: Çinin Rusiyaya silah tədarük etdiyinə dair heç bir sübut yoxdur
1 dəq oxu

Avropa İttifaqının Çinin Rusiyaya silah tədarük etdiyinə dair heç bir sübutu yoxdur.

"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrell Sinqapurda keçirilən forumda deyib.

“Çin Rusiyaya silah tədarük etməmək qərarına gəlib və bunun baş verdiyinə dair əlimizdə heç bir dəlil yoxdur. Lakin silahlılarla silahsızlar arasında dəqiq sərhəd yoxdur, çünki ikili istifadəyə malik olan şeylər var", - o əlavə edib.

Borrell qeyd edib ki, Qərb ölkələrində, o cümlədən ABŞ, Avropa və Böyük Britaniyada istehsal olunan komponentlər Rusiya hərbi texnikasının istehsalında istifadə oluna bilər.  

Əlaqəli Xəbərlər