Ana səhifə / Dünya / Əfqanıstanda qayığın batması nəticəsində 20 nəfər ölüb Əfqanıstanda qayığın batması nəticəsində 20 nəfər ölüb 01.06.2024, 11:50 Nərmin Qocamanlı Əfqanıstanın Nangerhar əyalətində qayığın çayda aşması nəticəsində 20 nəfər həyatını itirib. "Operativ Media" xəbər verir ki, bu barədə vilayətin Mədəniyyət və İnformasiya direktoru Karişi Badlun məlumat verib. O, ölənlər arasında uşaq və qadınların olduğunu bildirib. Məlumata görə, indiyədək 5 nəfərin xilas edilib. Əfqanıstan administrasiyasının rəsmi xəbər agentliyi olan "Bahter" gəmidə 25 nəfərin olduğunu açıqlayıb. Teqlər: "\u018ffqan\u0131standa qay\u0131\u011f\u0131n batmas\u0131 n\u0259tic\u0259sind\u0259 20 n\u0259f\u0259r \u00f6l\u00fcb"