Menyu

Zelenski Sinqapurda Ostin ilə görüşüb

Zelenski Sinqapurda Ostin ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Sinqapurda keçirilən "Şanqri-La Dialoq" beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Zelenski teleqram hesabında paylaşım edib.

"ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüş keçirilib, əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, onun hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub", - deyə Zelenski yazıb.

Ukrayna lideri danışıqların təfərrüatlarını açıqlamayıb.

Zelenski həmçinin ABŞ prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib. Mayın 30-da Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası əks batareya döyüşü zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə razılaşıb. 

Teqlər:

"Zelenski Sinqapurda Ostin il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Əlaqəli Xəbərlər