Cənubi Koreya və ABŞ-nin müdafiə nazirləri KXDR-in təxribatlarını pisləyiblər
Koreya Respublikasının və ABŞ-nin müdafiə nazirləri Şin Von Sik və Lloyd Ostin Sinqapurda "Şanqri-La Dialoq" forumu çərçivəsində keçirilən görüşdə Koreya Xalq Demokratik Respublikası (KXDR) "təxribatçı hərəkətlərə" görə qınayıblar və qəti cavab vəd ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Müdafiə idarələrinin rəhbərləri KXDR-i raket təxribatlarını davam etdirməkdə və regionda gərginliyə səbəb olan təhdid ritorikasında, ehtiyatsız hərəkətlərdə ittiham ediblər. Onlar qeyd ediblər ki, mayın 27-də kəşfiyyat peykinin buraxılması üzrə uğursuz cəhd BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozub.
Şin Von Sik və Lloyd Ostin həmçinin iddia ediblər ki, Rusiya Federasiyası ilə KXDR arasında iddia edilən silah ticarəti və rus texnologiyasının Pxenyana ötürülməsi Koreya yarımadası da daxil olmaqla Hind-Sakit okean regionunda sülh və sabitliyə xələl gətirir. Onlar buna "ciddi reaksiya" verəcəklərini vəd ediblər.
Teqlər:
"C\u0259nubi Koreya v\u0259 AB\u015e-nin m\u00fcdafi\u0259 nazirl\u0259ri KXDR-in t\u0259xribatlar\u0131n\u0131 pisl\u0259yibl\u0259r"