Menyu

Ukrayna İsveçrədən başqa alternativ sülh konfranslarını dəstəkləmir

Ukrayna İsveçrədən başqa alternativ sülh konfranslarını dəstəkləmir

Ukrayna prezidenti Volodimir Zelenski İsveçrə sülh sammitindən başqa hər hansı sülh konfranslarını faktiki olaraq istisna edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə RBC agentliyi məlumat yayıb.

Zelenskinin sözlərinə görə, sülh təşəbbüsləri münaqişənin qurbanı kimi Ukrayna təklif etməlidir: "Hər hansı bir ölkəyə hörmətlə yanaşırıq, ancaq nə Çin, nə Braziliya, nə də başqa birinin dövlətimizin ərazisində baş verənlərdən tam xəbəri var". 

Zelenski həmçinin deyib: "Ukrayna Çinin İsveçrə sammitində iştirakdan imtina etməsinə müsbət yanaşmır və Pekinin Moskvaya dəstəyini strateji səhv hesab edir".

Bundan əlavə, Zelenski birbaşa Çini sammiti pozmağa çalışmaqda ittiham edib: "ABŞ bəzi dövlətlərlə əlaqə saxlayır və onları sülh sammitində iştirak etməyə təşviq edir. Çin, təəssüf ki, əksinə, ölkələrin sammitə gəlməsinin qarşısını almağa çalışır". 

Eyni zamanda, Zelenskinin sözlərinə görə, bunu təkcə Çin etmir: "Bəzi dövlətlər sammiti diplomatik yolla pozmaqda Rusiyaya kömək etməyə başlayıblar".

"Bir daha vurğulayıram: biz hər bir ölkənin fikrini eşitməyə hazırıq, lakin İsveçrə tərəfi ilə birgə təşkil etdiyimiz platformamızda", - Zelenski əlavə edib.

Teqlər:

"Ukrayna \u0130sve\u00e7r\u0259d\u0259n ba\u015fqa alternativ s\u00fclh konfranslar\u0131n\u0131 d\u0259st\u0259kl\u0259mir"

Əlaqəli Xəbərlər