Qəzza Səhiyyə Nazirliyi: Anklavda ölənlərin sayı 36,4 mini keçib
2023-cü ilin oktyabrından İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 36,4 mindən çox fələstinli ölüb, 82,6 minə yaxını isə yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz "Telegram" kanalında məlumat yayıb.
Departamentin xülasəsində deyilir: "Ötən ilin oktyabr ayının əvvəlindən indiyədək İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 36 439 nəfərə yüksəlib, daha 82 627 nəfər yaralanıb".
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrail qüvvələrinin hücumları nəticəsində 60 fələstinli ölüb, 220 nəfər yaralanıb.
Teqlər:
"Q\u0259zza S\u0259hiyy\u0259 Nazirliyi: Anklavda \u00f6l\u0259nl\u0259rin say\u0131 36 4 mini ke\u00e7ib"