Menyu

İrəvanda patrul əməkdaşı bıçaqlanıb

İrəvanda patrul əməkdaşı bıçaqlanıb

İrəvanda patrul əməkdaşı bıçaqlanıb. 

"Operativ Media" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə mayın 26-da baş verib.

Məlumata görə, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Polis Patrul Xidmətinin İrəvan alayının 4-cü batalyonunun patrul dəstələri saat 23:50 radələrində sürücüsünün nizamsız idarə etdiyi "Nissan" markalı avtomobili saxlayıblar.

Məlum olub ki, sürücünün avtomobil idarə etmək hüququ yoxdur.

Daha sonra onlar sürücüyə maşını xüsusi mühafizə olunan əraziyə keçirməli olduqlarını bildiriblər və sürücünün xahişi ilə sevgilisini Qajefyaştneri küçəsində yerləşən 40 saylı binanın yaxınlığında endiriblər. Sonra sürücü polisləri yenidən razı salmağa çalışıb. Bu zaman onlara bir qrup şəxs yaxınlaşıb, özlərini nalayiq aparıb, mübahisə edib, bundan sonra adıçəkilən şəxslərdən biri patrul Prazyanı iti kəsici-deşici əşya ilə vurub. 

Avtomobilin sürücüsü və patrul əməkdaşını vuran şəxs tutularaq polis şöbəsinə aparılıb.

Teqlər:

"\u0130r\u0259vanda patrul \u0259m\u0259kda\u015f\u0131 b\u0131\u00e7aqlan\u0131b"

Əlaqəli Xəbərlər