Menyu

KİV: Səudiyyə Ərəbistanı İsveçrədəki konfransda iştirak etməyəcək

KİV: Səudiyyə Ərəbistanı İsveçrədəki konfransda iştirak etməyəcək
1 dəq oxu

Səudiyyə Ərəbistanı İsveçrədə Ukrayna üzrə keçiriləcək konfransda iştirak etmək niyyətində deyil, çünki orada Rusiya nümayəndələri olmayacaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə DPA agentliyi Ər-Riyaddakı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, iyunun 1-də Ukrayna prezidenti Volodimir Zelenski iyunun 15-16-da Bürgenstokda keçiriləcək qarşıdakı görüşdə dəstək qazanmaq niyyəti ilə Səudiyyə Ərəbistanına səfər etmək istəyib. 

"Lakin indi onun Səudiyyə Ərəbistanına səfəri təxirə salınıb və yalnız konfransdan sonra baş tuta bilər", - DPA-nın mənbələri qeyd edib.  

Əlaqəli Xəbərlər