Yaponiya Ukraynaya 7 milyard dollarlıq yardım edib
Gozel Həşimova
Yaponiya 2022-ci ilin fevralından Ukraynaya 7 milyard dollar yardım edib.
"Operativ Media" xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rüstəm Umerov bildirib.
O bildirib ki, bu yardıma humanitar layihələr və qeyri-öldürücü hərbi texnikanın verilməsi daxildir.
Bundan əvvəl Ukrayna hökumətinin mətbuat xidməti bildirib ki, Yaponiya 2023-cü ildə Kiyevə maliyyə yardımı baxımından Aİ və ABŞ-dən sonra üçüncü donor olub. 2023-cü ildə Ukrayna dövlət büdcəsinə Yaponiyadan 3,7 milyard dollar güzəştli maliyyə və qrant ayrılıb.
Teqlər:
"Yaponiya Ukraynaya 7 milyard dollarl\u0131q yard\u0131m edib"