Menyu

Bosniya və Herseqovinanın prezidenti SPIEF-də iştirak edəcək

Nərmin Qocamanlı
Bosniya və Herseqovinanın prezidenti SPIEF-də iştirak edəcək

Bosniya və Herseqovina Respublikasının prezidenti Milorad Dodik Rusiyaya sanksiya təzyiqləri qarşısında dəstək məqsədilə Sankt-Peterburqa səfər edib. O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak etməyi planlaşdırdığını bildirib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Ria Novasti" məlumat yayıb.

“Əgər biz indi bir çox yeni şeylər barədə razılığa gələ bilməsək, o zaman Rusiya Federasiyasının ağır və ədalətsiz sanksiyalar şəraitində öz iqtisadiyyatını qorumaq səylərini dəstəkləyək”, - Dodik deyib.

Qeyd edək ki, SPIEF 5-8 iyun 2024-cü il tarixləri arasında keçiriləcək. Ekspertlər və siyasətçilər beynəlxalq iqtisadi əlaqələrin inkişafı və texnoloji transformasiya, sosial inkişaf, müasir cəmiyyətin həyatı və s. kimi mövzuları müzakirə edəcəklər. Eyni zamanda, 27-ci forumun əsas mövzusu “Çoxqütblülüyün əsası – yeni inkişaf mərkəzlərinin formalaşması”dır.

Teqlər:

"Bosniya v\u0259 Herseqovinan\u0131n prezidenti SPIEF-d\u0259 i\u015ftirak ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər